Bu gün 2383 namizəd müəllim işləmək üçün imtahan verir

10:28 04.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Sosial rubrikasından digər xəbərlər