Rusiyada 2024-cü ildə xarici turizm əvvəlki ilə nisbətən 17,2 faiz artaraq 17,35 milyon səfərə çatıb.
Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, ATOR-un məlumatlarında deyilir ki, ən çox ziyarət edilən istiqamətlər arasında Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Tailand və Çin birinci yerdədir. 2023-cü ildə 6,3 milyon rus turisti qəbul edən Türkiyənin 2024-cü ilin sonuna qədər bu rəqəmi 7,7 faiz artıraraq 6,8 milyona çatdıracağı gözlənilir.
Xəbərdə Çinə gələn rusiyalı turistlərin sayında 101 faiz artdığı da qeyd edilib. Çin bu il 2 milyona yaxın rus turisti qəbul edəcək. Səyahətlərin təxminən üçdə ikisi turoperatorlar vasitəsilə təşkil olunub.
Təhlillərə görə, klassik turizm kateqoriyasında qiymətləndirilən səyahətlərin ümumi sayı 14,2 milyon civarında olub. Rusiyadan Türkiyəyə 2024-cü il ərzində 6,8 milyon ziyarətlə ən yüksək səviyyəyə çatsa da, 2019-cu ildəki 7 milyonluq rekorddan geridə qaldı. Bundan əlavə, Tailand, Çin və Vyetnam kimi Asiya ölkələri turizmdə böyük artım nümayiş etdiriblər.
2024-cü ildə turpaketlərin qiymətlərində orta hesabla 12 faiz artım olub. Bu göstərici Türkiyə və Misirdə daha yüksəkdir. İki nəfərlik paketlərə əsaslanan orta xərclər Türkiyə üçün təxminən 207 min rubl (2066 dollar), Misir üçün isə 189 min rubl təşkil edib.
Rusiyalı ekspertlər gələn il xarici turizmin 5-10 faiz artacağını gözləyirlər. Bununla belə, artan qiymətlər və valyuta məzənnəsinin dəyişməsi xüsusilə aşağı büdcəli səyahətçilər üçün beynəlxalq səyahətləri məhdudlaşdıra bilər. Bununla belə, dəbdəbəli və keyfiyyətli turizm məhsullarına tələbatın artmaqda davam edəcəyi proqnozlaşdırılır.