Bu il dopinqə görə 13 idmançı cəzalanıb

12:15 13.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu il Azərbaycanda 13 idmançı dopinqə görə cəzalanıb".

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adı altında keçirilən beynəlxalq konfransında məlumat verib.

O bildirib ki, AMADA 2025-ci ilin ilk 10 ayında 13 idmançıya sanksiya tətbiq edib:

"Bu müddət ərzində 17 iş yekunlaşıb, 4 nəfər müxtəlif səbəblərdən sanksiya almayıb".