Bu məktəb direktoru da İŞDƏN ÇIXARILDI

14:15 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində olan Sabirabad rayonu Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində monitorinq aparıb. 

Hafta.az xəbər verir ki, monitorinq zamanı məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib.

Bu səbəbdən direktorun işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. 

Qeyd edək ki, bundan əvvəl V.Həsənov adına Muğangəncəli kənd tam orta məktəbinin direktoru Afiq Quliyev də işdən çıxarılıb. /unikal/