Buraxılış imtahanları bir mərhələdə keçiriləcək - DİM

17:18 25.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.

"Dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanlar OTK.az saytında onlayn sınaq imtahanında iştirak etsin, I-XI siniflər üzrə DİM tərəfindən tapşırıq nümunələri kitabçalarına baxsınlar" - deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsi nəzərdə tutulur.

Oxunma sayı 38