Bütün dünya Azərbaycan Ordusunun gücünü gördü - Murovda döyüşən mayor-VİDEO

13:10 17.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başladıq və ermənilərin mövqelərini darmadağın etdik.

Hafta.az-ın məlumatına görə, bunu Qarabağ müharibəsində Murov zirvəsinin düşməndən azad edilməsində iştirak edən mayor Anar Ramazanov deyib.

O bildirib ki, Murovdağ zirvəsinin azad olunması üçün 4 saat mübarizə aparıblar və döyüş zamanı ağır yarlanıb:

"Yarım saatdan sonra növbəti dəfə qəlpə yarası aldım. Şəxsi heyət mənə ilkin tibbi yardım göstərib düşmən olan ərazidən çıxardı. Bu müharibə ilə bütün dünya Azərbaycan Ordusunun gücünü gördü".