Yazını böyüt
Yazını kiçilt
"Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin respublika üzrə bütün yollar nəzarətdə saxlanılır".
Bunu Hafta.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, qarlı və şaxtalı hava şəraiti ilə bağlı hər hansı problem yoxdur:
"Problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur. Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməməyi tövsiyə olunur".