Canəli Əkbərov yenidən xəstəxanaya yerləşdirildi

13:05 20.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Canəli Əkbərov xəstəxanaya yerləşdirilib.

Hafta.az-ın məlumatına görə, bu barədə xanəndənin tələbəsi, Əməkdar artist Babək Niftəliyev məlumat verib:

"4 illik müəllimim olan Xalq artisti Canəli Əkbərovun qəfildən halı pisləşib. Ona görə ailə üzvləri onu xəstəxanaya gətiriblər. Hazırda vəziyyəti yaxşıdır. Allah ustada şəfa versin".