Yazını böyüt
Yazını kiçilt
Bu il sahibkarlara 7 milyon 110 min manat ixrac təşviqi ödənilib.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, indiyədək sahibkarlara ödənilmiş ixrac təşviqinin məbləği 15 milyon manatdan çoxdur.