Ariana Qrande məşhur serial qatili Cefri Dameri "xəyali yeməyinin qonağı" adlandırdıqdan sonra Toni Hyuzun ailəsi tərəfindən sərt tənqidlərlə üzləşib.
Hafta.az-ın yazdığına görə, 31 yaşlı Qrande bu həftə Penn Badgley, Sofi Ansari və Nava Kavelinin ev sahibliyi etdiyi Podcrushed podkastında mübahisəli açıqlamalar verib.
Kar və danışa bilməyən Hyuz 1991-ci ildə gey-barda tanış olduğu Damer tərəfindən öldürüləndə 31 yaşında idi.
TMZ-yə danışan Toninin anası Şerli Hyuz Qrandenin açıqlamalarının onu təsirləndirdiyini və narahat etdiyini bildirib: “Mənə elə gəlir ki, o, ağlını itirib. Onunla nahar etmək istədiyinizi söyləmək xoş və ya gülməli deyil”.
Toninin bacısı Barbara, Qrandenin şərhlərinin Dameri aşağıladığını söyləyib və “Wicked” ulduzunu üzr istəməyə çağırıb.
Müğənni podcast aparıcılarına bildirib ki, Damer 1994-cü ildə həbs olunduqdan üç il sonra döyülərək öldürülsə də, hələ də onunla görüşmək istəyir.
Damer 1978-1991-ci illər arasında 17 kişini öldürərək tikələrə parçalayıb.
Rayan Mörfinin “Dahmer – Monster: The Jeffrey Dahmer Story” serialında qatil rolunu oynayan Evan Peters Qızıl Qlobus qazananda Hyuz ailəsi oxşar qəzəbi ifadə edib.
"Dünyada çox sayda xəstə insan var və onların qatilləri oynayan aktyor rolları alması vəsvəsəni davam etdirir və bu, xəstələrin şöhrətdən qidalanmasına imkan verir. İnsanların bizim faciəmizi götürüb pul qazanması ayıbdır. Zərərçəkmişlər bir qəpik də almayıblar. Bu hissləri hər gün yaşayırıq" deyib Şerli.
Damerin Milvaukidə törətdiyi silsilə cinayətləri dəhşətli təfərrüatlarla təsvir edən 10 seriyalı film 2022-ci ildə yayımlanarkən izləmə rekordları qırıb.
Peters, filmin yaradıcılarının "qurbanlara və onların ailələrinə hörmətli olmağın" vacib olduğunu hiss etdiklərini bildirən bir tanıtım videosu yayımlayıb. Ancaq ailələr seriala hazırlıqsız yaxalandıqlarını və yayımlanacağı barədə məlumat verilmədiyini bildiriblər. Damerin qurbanı Errol Lindseyin bacısı Rita İsbell də “İnsider” üçün yazdığı məqalədə Netflix-i “bu faciədən pul qazanmağa” çalışmaqda ittihamlayıb.
"Düşünürəm ki, Netflix bunu etməyimizə razı olub-olmadığımızı və ya özümüzü necə hiss etdiyimizi soruşmalı idi. Amma məndən heç nə soruşmadılar" deyə yazıb.