Cəlilabad sakinindən 11 kq narkotik götürüldü

14:38 11.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad şəhər sakinində narkotik aşkarlanıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini E.Xudiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 11 kq 275 qram heroin aşkar edilərək götürülüb.