Yazını böyüt
Yazını kiçilt
Cəlilabadda ağır yol qəzası baş verib, ölən və yaralanan var.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi “MAZ” markalı avtomobillə qarşıdan gələn “Ford” markalı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomobilin sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.