Cəlilabadda bir ailənin 3 üzvü qidadan zəhərlənib

16:36 04.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda bir ailə qidadan zəhərlənib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakinləri 1998-ci il təvəllüdlü S. Zeynalova, 1959-cu il təvəllüdlü İ. Zeynalov və 1963-cü il təvəllüdlü X. Zeynalova ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, ailə üzvləri qəbul etdikləri qidadan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.