Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb

16:31 07.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

 "Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.