Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

14:28 03.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə 3 milyon dollardan çox olub.

BP-nin cari ilin birinci yarısının yekun hesabatında bildirilib ki, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,7 milyon kubmetr olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.