Ceyhun Bayramov, Blinken və Mirzoyan arasında telefon danışığı olub

23:58 04.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan tərəfi məlumat yayıb.

Bildirilir ki, telefon danışığı oktyabrın 4-də Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər oktyabrın 2-də Cenevrədə keçirilən görüşlə bağlı və Ermənistan-Azərbaycan sülh müqaviləsi barədə fikir mübadiləsi aparıblar.

Nazirlər Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Oxunma sayı 1444
Siyasət rubrikasından digər xəbərlər