Yazını böyüt
Yazını kiçilt
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bu gün ABŞ-ın Çin də daxil olmaqla 16 ticarət tərəfdaşına qarşı ticarət araşdırmaları elan etməsinə münasibət bildirib.
Hafta.az yazır ki, XİN sözçüsü “Çin ABŞ-ın qondarma "həddindən artıq potensial"dan siyasi manipulyasiya üçün bəhanə kimi istifadəsinə qarşıdır” deyə bəyan edib.
Çinli diplomat bildirib ki, ölkəsi ABŞ ilə ticarət və iqtisadi məsələlərdə mövqeyi ardıcıl və aydındır. Çin hər hansı formada birtərəfli tarif tədbirlərinə qarşıdır.