Çində tələbələrə "aşiq olmaq üçün" 1 həftə tətil verilib

13:25 31.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Evlilik və doğum nisbətlərinin aşağı düşdüyü Çində bəzi universitetlər tələbələrinə "aşiq olmaq" üçün bir həftəlik yaz tətili verib.

Hafta.az-ın İnsider-ə istinadən yazdığına görə, Fan Mei Education Group-a bağlı 9 peşə kolleci 1-7 aprel tarixlərində tələbələrin "təbiətlə birlikdə həyatı sevməyi və sevgidən həzz almağı öyrənmələrini" istədiklərini bildirib.

Rəsmilər “Şəhərcikdən çıxın, təbiətlə təmasda olun və yazın gözəlliyini bütün qəlbinizlə hiss edin” deyiblər.

Mianyang Uçuş Peşə Məktəbinin direktorlarından olan Liang Guohuay qeyd edib ki, onlar tələbələrin məzuniyyətə çıxmasını və baharın dadını çıxarmaq istəyirlər: "Bu, şagirdlərin dünyagörüşünü genişləndirib, emosiyalarını inkişaf etdirməklə yanaşı, həm də dərsləri zənginləşdirəcək və dərinləşdirəcək".

Siçuan Cənub-Qərb Aviasiya Peşə Kollecinin rəsmisi Liu Ping, yaz tətilinin tələbələrin "düşərgədən kənarda nəsə öyrənmək, yeni dostlar qazanmaq və sevginin gözəlliyini yaşamaq" tələbindən sonra həyata keçirildiyini söyləyib.

Bu məktəblər əslində 2019-cu ildə yaz tətilinə başlayıb. Bu il tələbələrə yaz tətili əvəzinə sevməyə icazə verilib. Bayramın mövzusu "çiçəklərdən həzz alın, aşiq olun" idi.

Rəsmi məlumatlara görə, 2021-ci ildə evlənənlərin sayı əvvəlki illə müqayisədə 500 min azalaraq 7,64 milyon olub. Çində doğum nisbəti 2022-ci ildə mində 6,77-yə düşüb, bu, milli qeydlərin saxlanmağa başlamasından bəri ən aşağı səviyyədir.