COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:48 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38556 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25546, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13010 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2877878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1885031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 992847 təşkil edir.

Oxunma sayı 982