1990-cı illərin məşhur Hollivud aktrisası Demi Mur ikinci qızının doğulmasından sonra bədən quruluşunu bərpa etmək üçün sərf etdiyi səylərdən və vaxtdan danışıb.
Hafta.az-ın yazdığına görə, qısa müddətdə gözəl görünüşünə qayıtmaq üçün sağlamlığını riskə atan aktrisa kompleks məşqlərlə bədənini yorub.
1991-ci ildə, Demi Murun qızı Skaut Uillis dünyaya gəldikdən cəmi altı ay sonra aktrisa çəkiliş meydançasına qayıtdı. O, işə velosipedlə getməyə qərar verdi və hər gün təxminən 96 kilometr yol qət etdi.
“Gecələr qızıma qulluq edirdim. Səhər obaşdan qalxıb məşqçimlə Paramounta velosiped sürərdim. Mur “CBS Sunday Morning”ə müsahibəsində deyib: "Mən “Qəbul Olmayan Təklif”in setində demək olar ki, yarım gün işləyirdim və 12 saatlıq işdən sonra qızımın yanına gedirdim".
İndi aktrisa etdiyi işdən peşmandır, o vaxtlar xarici görünüşünə, boyuna bu qədər diqqət yetirdiyinə təəssüflənir: "Doğuşdan, əvvəlki vəziyyətimə qayıtmaq üçün özümə çox təzyiq etdim" deyir aktrisa.
Amerikalı aktrisa, model və bəstəkar Demir Mur 1962-ci ildə Nyu-Meksiko ştatının Rosvel şəhərində anadan olub. Hollivud ulduzunun filmoqrafiyasında otuz ildən artıqdır ki, ən uğurlu film rejissor Cerri Zukerin çəkdiyi “Ghost” melodramıdır. 1990-cı ildə Demi Murla çəkilən bu ekran əsəri ən çox gəlir gətirən film oldu. Film beş dəfə "Oskar" mükafatına, Mur isə "Qızıl Qlobus"a namizəd olub.