Dəmiryolu xəttinin yaxınlığında qumbara tapıldı

13:15 06.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə dəmiryolu xəttinin yaxınlığında qumbara tapılıb.

Trend xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun Keçili kəndi ərazisindəki dəmiryolu xəttinin yaxınlığında 1 ədəd “F-1” qumbarası, 2 ədəd tüstüverici şaşka, 1 ədəd alışdırıcı, 42 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb.