Dəniz kənarını çirkləndirən bələdiyyə sədri cərimələnib

12:21 05.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsinin dəniz kənarı ərazisinə tullantıların atılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Hafta.az-ın məlumatına görə, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı tullantıların əraziyə atılaraq qalaqlanması faktı təsdiqini tapıb.

“Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Corat bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Sosial rubrikasından digər xəbərlər