Deputat: Xocalı bu gün yenidən qurulur, bərpa edilir

15:11 26.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan Xocalıda soyqırımı törədərək yalnız insanları qətlə yetirməklə kifayətlənməyib. Həmçinin Xocalı rayonunun inzibati ərazisindəki yaşayış məntəqələrini dağıdıb, talayıb və özününküləşdirərək yüz milyonlarla dollar maddi zərər vurub”.

Bu fikirləri Hafta.az-a deputat Azər Badamov Xocalı soyqırımı, Azərbaycana vurulan maddi-mənəvi zərər və həmin zərərin ödənilməsi istiqamətində atılan addımlarla bağlı şərhində bildirib.

Deputat qeyd edib ki, bu gün dövlətimiz Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilər kimi Xocalını da yenidən qurur və bərpa edir.

O əlavə edib ki, bərpa prosesinə başlamazdan əvvəl işğaldan azad olunmuş ərazilərdə ermənilərin vurduqları maddi ziyanın hesablanması üçün komissiya yaradılıb və hazırda fəaliyyət göstərir:

“Xocalı rayonu işğala qədər 1 şəhər, 1 qəsəbə və 53 kənddən ibarət olub. Təbii ki, komissiya həm dövlətin, həm də vətəndaşların mülkiyyətinə dəymiş ziyanı hesablayır və beynəlxalq məhkəmələrə təqdim edilməsi üçün sənədləşdirir. Proses öz axarı ilə davam edir və başa çatdıqdan sonra prosedura uyğun olaraq müvafiq addımlar atılacaq”.

Tahirə Qafarlı