Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna baş məşqçi təyin edilə bilər.
Hafta.az "L'Equipe"ə istinadən xəbər verir ki, bir müddət əvvəl Deşam ABŞ, Kanada və Meksikada keçiriləcək mundialdan sonra vəzifəsindən gedəcəyini bildirib.
Fransa KİV-in məlumatına görə, Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Xatırladaq ki, Didye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatını, 2021-22 mövsümünün Millətlər Liqasını qazanıb, eyni zamanda, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının və 2016-cı ildə Fransada keçirilən Avropa çempionatının finalında çıxış edib.