Britaniyalı keçmiş futbolçu və futbol tarixinin ən məşhur simalarından biri Devid Bekhem həyat yoldaşı Viktoriya Bekhemlə Mayami-Biçdə yeni ev almağa hazırlaşır. Lüks həyət 78,5 milyon dollar dəyərində qiymətləndirilir.
Hafta.az-ın yazdığına görə, yeni ev North Bay Road kimi tanınan Mayami elit rayonunda yerləşir. Mett Deymon və Cennifer Lopez kimi ulduzlar bu ərazidə yaşayır.
Evin pəncərələri Kaliforniya körfəzinə baxır. Mənzildə doqquz yataq otağı, dörd vanna otağı, mətbəx, şəxsi kinoteatr, idman zalı, spa və üzgüçülük hovuzu var.
Mənbələrin bildirdiyinə görə, Bekhem sahibi olduğu “İnter Mayami” futbol klubuna daha yaxın olmaq istəyi əsasında bu daşınmaz əmlakı almaq üçün satıcılarla danışıqlar aparır. Məşhurların diqqətini çəkən dəbdəbəli ev gözəlliyi və əlverişli məkanı ilə seçilir.
Bekhem ailəsi hazırda yaşadıqları evi 2013-cü ildə 28 milyon dollara alıb. Onların ABŞ, Böyük Britaniya, Fransa, BƏƏ və bəzi Avropa ölkələrində iqamətgahları da daxil olmaqla, dünya üzrə bir sıra mülkləri var.
Devid və Viktoriya 1997-ci ildə tanış oldular. Bir il keçməmiş, nişanlandıqlarını elan etdilər və 4 iyul 1999-cu ildə ailə qurdular. Məşhurların Bruklin, Kruz və Romeo adlı oğulları, Harper adlı qızları var.