DİM-in elektron nəzarətçilər bazasında 15003 nəfər nəzarətçi var

10:14 28.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il keçirilən imtahanların nəticələrinə əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən 1423 nəzarətçi müəllimə təşəkkür elan edilib, 27 nəfər isə fəxri fərmanla təltif edilmək üçün nəzərdə tutulub.

Hafta.az xəbər verir ki, bu barədə DİM-in illik hesabatında bildirilir.

İl ərzində zal nəzarətçilərinin elektron qeydiyyatı aparılıb. 2018-ci ilin noyabr ayında həyata keçirilən elektron qeydiyyatın nəticələrinə görə 2019-cu ildə keçiriləcək imtahanlarda iştirak edəcək nəzarətçilər bazası 14890 nəfərdən ibarət olub. 2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron qeydiyyatı 2019-cu ilin 15 noyabrında başlayıb və 5 dekabrında yekunlaşdırılıb. Qeydiyyatın nəticələrinə görə, baza 15003 nəfər nəzarətçidən ibarətdir.