Dollarla bağlı limitlər aylıqdır – Millət vəkili

13:13 22.08.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bankın 10 min dollarlıq limit müəyyənləşdirməsi ölkədən nağd pulun çıxarılmasının minimallaşdırılmasına nail olmaqdan ibarətdir. Nəzərə alaq ki, limitlər aylıqdır və bu limitlər aylıq olaraq tətbiq olunacaq.

Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, plastik kartlarla xaricdən ödənişlərin edilməsində hər hansı məhdudiyyət olmayacaq: “Əslində bu, bir tərəfdən plastik kartlar vasitəsilə xaricdən ödənişlərin ödənilməsinə daha çox imkan verəcək, eyni zamanda bu, həm də nağd pul axınının məhdudlaşdırılması  baxımından vacib hesab olunur. 

Xüsusən nəzərə alaq ki, xaricdə əmlak və digər istiqamətlərə vəsait yönəldən vətəndaşlarımız plastk kartlardan istifadə edirlər. Əmlak alışı Türkiyə və Şərqi Avropa ölkələrinin və bir çox hallarda daha inkişaf etmiş ölkələrin payına düşür.  Bu ölkələrdə əmlaklar nağd pulla deyil, plasik kartlar və yaxud bank köçürmələri vasitəsilə satılır. Ona görə də bu, xaricdə əmlak alışına xüsusi təsir göstərməyəcək. Azərbaycanlılar, eləcə də iş adamları yenə də xaricdə öz plastik kartları və bank köçürülməsi vasitəsilə əmlaka investisiya qoyuluşunu həyata keçirə biləcəklər”.