Donbasda rus əsgərlər RUS GENERALI GÜLLƏLƏMƏK İSTƏDİLƏR

11:44 30.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Donbasda Rusiya Silahlı Qüvvələrinin müqaviləli əsgərləri onları hücuma keçməyə məcbur etmək üçün gələn rus generalı generalı güllələmək istəyiblər.

Hafta.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə SBU tərəfindən ələ keçirilən və Telegram-da dərc edilən işğalçıların telefon danışığı sübut edir.

"Rusiya əsgərləri onları hücuma keçməyə məcbur edən generallarını öldürməyə hazırdır. Donetsk vilayətində rus müqaviləli əsgərləri üsyanı cilovlamağa və onları məcbur hücuma etməyə gələn general Valeri Solodçuku və onun mühafizəçilərini az qala güllələyəcəkdilər. Buna görə də rus generalı biabırçı şəkildə ön cəbhədən qaçıb”, - məlumatda deyilir.

Telefon danışığında işğalçı şikayət edir ki, onların briqadasının yalnız üçdə biri (600 nəfərdən çox) qalıb, qalanları isə öldürülüb və ya yaralanıb.