Dövlət başçısı: “Türkiyə və Azərbaycan tariximizin ən önəmli anlarında bir yerdə idi”

15:55 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bizim tariximiz parlaqdır. Və tariximizin ən önəmli anlarında biz bir yerdə idik”.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

 “Xatırlayıram Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri omuz-omuza, çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə-Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi: biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”, - dövlət başçısı vurğulayıb.

Oxunma sayı 188
Gündəm rubrikasından digər xəbərlər