DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər

16:13 26.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Hafta.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. 

Bildirilib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.

1419119

14191201419121