Hər il dünyanın ən zəngin adlarını sıralayan Forbes jurnalı 2022-ci ilin ən varlı milyarderlərini açıqlayıb. Hafta.az xəbər verir ki, siyahıda yer alan məşhur adlar bəlli oldu.
Siyahıya texnologiya dünyasında inqilab edən İlon Mask 219 milyard dollarla başçılıq edir, Amazonun sahibi Ceff Bezos isə 171 milyard dollarla ikincidir.
Daha çox sahibkar və iş adamlarından ibarət olan siyahıda media sektorunun adları yer alır...
2021-ci ildə Forbes jurnalı məşhur müğənni Rihannanın 1,7 milyard dollar sərvətlə milyarderlər klubuna daxil olduğunu açıqlamışdı. Gözəllik markası Fenty Beauty və geyim markası SavageXFenty ilə 2022-ci ilin milyarderləri siyahısına ilk dəfə daxil olan barbadoslu müğənni siyahıda 1729-cu yerdədir.
Amerikalı reper Cey Zi 1,4 milyard dollar sərvəti ilə 2076-cı yerdədir. TIDAL musiqi platforması və içki brendi Armand de Brignac müğənninin sərvət mənbəyindən yalnız bir neçəsidir.
Öz adını daşıyan gözəllik markası və alt paltarı markası Skims ilə sərvətinə səvət qatan Kim Kardaşyan 1,8 milyard dollarla 1645-ci yerdədir.
Yeezy geyim brendinin sahibi, məşhur rep müğənnisi Kanye Uest 2 milyard dollarla siyahıda 1513-cü yerdədir.
Aparıcı, sahibkar və yazıçı Oprah Winfrey 2,6 milyard dollar sərvəti ilə 1196-cı yerdədir.
Hollivud kinosunun əfsanəvi direktoru Stiven Spilberq 3,7 milyard dollar sərvəti ilə siyahıda 801-ci yerdə qərarlaşıb.
“Star Wars” elmi fantastika serialının direktoru və “Lucas Film” istehsal şirkətinin sahibi Corc Lukas 6,1 milyard dollarla 418-ci yerdədir.