Bu gündən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.
Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində də bir sıra addımlar atıb. Bu addımlar nəticəsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.
ƏDV-nin ləğvi bu və ya digər mənada müsbət addımdır. Ona görə ki, bir çox hallarda sahibkarlar ƏDV ilə bağlı zaman-zaman öz narazılıqlarını bildirirlər. Bəs maraqlıdır ƏDV-nin ləğvi daha hansı sahələrə tətbiq edilə bilər. Sualımızı hafta.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, quş əti ilə bağlı qərar bir neçə dəfə dəyişdirilib:
"ƏDV vergisi ona görə tətbiq olunmuşdu ki, daxili istehsalçılara dəstək olunsun. Amma ciddi nəticələrə nail olmaq olmadı. İstehsal yerli təlabatı ödəmədi. Ona görə də bu addımı yenidən atmalı oldular. Çünki xaricdən mallrın gətirilməsinə zərurət var. Biz dəfələrlə təklif vermişik ki, ƏDV və gömrük rüsumları sosial yönümlü mhsullara aid edilsə kifayət qədər gəlirə səbəb ola bilər. Eyni zamanda qiymətlərn 25 faiz ucuzclaşmasına gətirib çıxarar. Misal olaraq uşaq qidalarına, əngəlli insanlar üçün lazım olan avadanlıqlara, uşaq paltarlarına, dərman vasitələrinə həm gömrük, həm ƏDV tətbiq olunur ki, bu da kifayıt qədə bu məhsulların bahalaşmasına səbəb olur. Məhz bu səbəbdəndir ki, Gürcüstanda və İranda olan dərmanlar Azərbaycanda ikiqat baha satılır. Bu sosial yönümlü məsələlərin ƏDV və gömrük rüsumlarından azadolunması əhalinin alıcılıq qabiliyyətinə və sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir edən addıma çevrilə bilər".