“Eflatun” Film Festivalında ən yaxşı film seçilib

09:05 04.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Eflatun” filmi Rusiyanın Soçi şəhərində keçirilən Antares Beynəlxalq Film Festivalında tamaşaçılar tərəfindən ən çox bəyənilən film seçilib.

Hafta.az-ın RİA Novosti-yə istiadən yazdığına görə, 25-30 iyun tarixləri arasında keçirilən festivalda bədii, sənədli və animasiya filmləri yarışıb.

Türkiyəli rejissor Ezəl Akayın münsiflər heyəti arasında yer aldığı festivalda baş rolda Kərəm Bürsin, rejissoru Cüneyt Karakuşun olduğu “Eflatun” böyük marağa səbəb olub.

Soçidə ilk dəfə keçirilən Antares Beynəlxalq Film Festivalı əsasən insan əməyinə və onun peşəkar fəaliyyətdə həyata keçirilməsinə həsr olunmuş filmlərini tamaşaçılara təqdim edəcək xarici və rusiyalı iştirakçıları bir araya gətirib.

“Antares” 30 ildir ki, məşhur “Kinotavr” festivalının keçirildiyi Qış Teatrının səhnəsində başlayıb.

İştirakçılar arasında Rusiya və Avstraliyadan, eləcə də Argentina, Belarus, İngiltərə, Almaniya, İran, Çin və Türkiyədən filmlər olub.