Əfqan Sadıqov azadlığa buraxıldı 

09:45 17.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda həbsdə olan "Azel TV"nin təsisçisi Əfqan Sadıqov azadlığa buraxılıb. 

Hafta.az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat verib. 

O bildirib ki, Gürcüstan Avropa Məhkəməsinin qərarını icra edib.

Xatırladaq ki, Əfqan Sadıqov 2024-cü ilin avqustunda həbs edilib. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əfqan Sadıqov ölkədə olmadığından beynəlxalq axtarışa verilib.