Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelanay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Hafta.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Uca Allaha dua edirəm ki, torpaqların işğaldan azad edilməsi üçün canlarından keçən şəhidlər cənnətlə müjdələnsinlər.
Gözəl, firavan və məhsuldar torpağınızda bundan sonra sülh və rifah hökm sürsün. Əfqanıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq daha da güclənsin.
Qarabağ Azərbaycandır!".