Ekspert: Qaçqın ordusunun olmasını ehtimal etmirəm, olarsa da…

11:15 02.03.2026
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın öz ərazisini üçüncü dövlətlərə onların hərbi fəaliyyətləri üçün bağlaması çox önəmli bir addımdır. Bununla da Azərbaycan həm siyasi nüfuzunu qoruya bilir, həm də balans yaradır”.

Bunu Hafta-az-a siyasi ekspert Azər Hüseynov İran-ABŞ qarşıdurmasnda regionun, eləcə də ölkəmizin qarşılaşa biləcəyi risklərlə bağlı açıqlamasında bildirib.

Ekspert hesab edir ki, burada Azərbaycanın siyasi jestləri xüsusilə önəmlidir:

“Dövlət başçısı İlham Əliyev İrana başsağlığı verməklə siyasi protokol incəliklərinə əməl edir və regional əməkdaşlığın hər bir halda önəmini diqqət mərkəzinə gətirir. Yerüstü əməliyyatlar olmadığı müddətcə qaçqın ordusunun olmasını ehtimal etmirəm. Olarsa da Azərbaycanın qaçqınlarla bağlı bir təcrübəsi vardır. Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq sistemi daxilində onun mənfi təsirlərini də ortadan qaldırar”.

A.Hüseynov informasiya siyasətində diqqətli olmağımızı və ancaq öz milli maraqlarımıza əməl etməyimizi bir zərurət olaraq qeyd edib. “Düşünürəm ki, qeyd edilən istiqamətdə dövlət imkanlarını səfərbər edəcəkdir”- ekspert deyib.

Tahirə Qafarlı