Əli Əsədov TANAP-ın ofisində oldu - FOTO

17:00 19.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Trans Anadolu Qaz Kəməri- TANAP-ın Ankaradakı ofisində olub.

Bu barədə hafta.az-a Nazirlər Kabinetinə istinadən məlumat verib.

Məlumata görə, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti haqda təqdimatla çıxış edib. Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə Prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini, hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

Əli Əsədov TANAP-ın ofisində oldu- FOTO Əli Əsədov TANAP-ın ofisində oldu- FOTO