“Əli və Nino”dakı oğurluğu 3 azyaşlı törədib - Açıqlama

11:11 17.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.  

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb. 

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, oğurluq edilən kitab evi "Əli və Nino" MMC-yə məxsusdur.