Əlilliyi olan şəxslərə reabilitasiya vasitəsi verilib 

11:51 15.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 40,2 min reabilitasiya vasitəsi verilib.

 

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, onlardan 3,5 mini təkərli oturacaq (o cümlədən 6-sı mühərrikli təkərli oturacaq), 835-i aşağı və yuxarı ətraf protezi, 944-ü eşitmə aparatı, 953-ü qoltuqaltı və dirsəkaltı ağac olub.

 

Həmçinin əlilliyi olan şəxslərə 1073 cüt protez ayaqqabı, 1,8 min cüt ortopedik ayaqqabı, 29 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

 

Bu ilin 4 ayında ümumilikdə 5,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.