Elmdə də ardıcıl islahatlar aparıla bilər

11:38 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cəmiyyəti, xüsusilə ziyalılar və elmi ictimaiyyət üzərinə böyük məsuliyyət düşür. Bütün bu vəzifələrin icrası üçün digər sahələrdə olduğu kimi, elmdə də ardıcıl islahatların aparılması vacibdir. Çünki elmin özü həm məzmununa, həm də quruluşuna görə mürəkkəb bir ekosistemdir. Burada həm təhsil, həm tədqiqat, həm biznes, həm də innovasiya sektoru bir-biri ilə bağlı şəkildə fəaliyyət göstərir.

Hafta.az xəbər verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib.

O bildirib ki, bu sahədə bütün potensialın ölkənin strateji məqsədlərinə yönəldilməsi, insan kapitalının inkişafı və yeni elmi nailiyyətlərin əldə edilməsi prioritet hesab olunur.