Dünya ölkələri üzrə snapchat istifadəçilərinin sayı hesablanıb.
Hafta.az-ın “Worldranking”ə istinadən yazdığına görə, ölkələr üzrə istifadəçilərin ümumi sayı hesablanaraq siyahı tərtib olunub.
Siyahıda ilk pillədə Hindistan qərarlaşıb. Bu ölkədə 182 milyon nəfər snapchat istifadəçi var. İkinci yerdə ABŞ (109 milyon nəfər), üçüncü yerdə isə 26,35 milyon nəfərlə Pakistan mövqe tutub.
Dördüncü olan Fransada 25,9 milyon, beşinci yerdə qərarlaşan Böyük Britaniyada 23,15 milyon, altıncı olan Səudiyyə Ərəbistanında 21,75 milyon, yeddici pillədə qərarlaşan Almaniyada 18,65 milyon, səkkizinci olan Meksika 17,15 milyon, doqquzuncu pillənin sahibi olan İraqda 16,75 milyon, ilk onluğu bağlayan Misirdə isə 15,65 milyon nəfər snapchat istifadəçisinin yaşadığı bəlli olub.
Türkiyə siyahıda 11-ci yerdədir. Qardaş ölkədə 15 milyon nəfər snapchat istifadəçisi var.