2024-cü il bütün dünyada ərzaq qiymətlərinin kəskin artması ilə yadda qaldı.
Hafta.az-ın Trading Economics-in məlumatlarına istinadən yazdığına görə, xüsusilə iqtisadi böhranlar, kənd təsərrüfatı istehsalındakı axsamalar və qlobal tədarük zəncirindəki pozulmalar bəzi ölkələrdə ərzaq inflyasiyasının rekord həddə çatması ilə nəticələnib.
Ən yüksək ərzaq inflyasiyası yaşanan ölkələr aşağıdakılardır:
1. Argentina 183 faiz, Fələstin 115 faiz, Zimbabve 105 faiz, Cənubi Sudan 96 faiz,
Türkiyə 45 faiz, Malavi 44 faiz, Nigeriya 39 faiz, Haiti 38 faiz, Anqola 34 faiz, Misir 27 faiz.
2025 Ərzaq İnflyasiya Proqnozlarına (2025-ci ilin II rübü) görə isə ölkələrin düzülüşü aşağıdakı kimi təxmin olunur:
Argentina 120 faiz, Fələstin 12 faiz, Zimbabve 32 faiz, Cənubi Sudan 65 faiz, Türkiyə 25 faiz, Malavi 30 faiz, Nigeriya 26 faiz, Haiti 22 faiz, Anqola 32 faiz, Misir 19 faiz.