Ərdoğan NATO-nun Baş katibi ilə danışıb

21:23 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi açıqlama verilib.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-NATO əməkdaşlığı ilə yanaşı, regional məsələlər, eləcə də İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin NATO-nun açıq qapı siyasətini səmimi şəkildə dəstəklədiyini, İsveç və Finlandiyanın üzvlük tələbi ilə bağlı müraciətinə gəldikdə isə, bu iki ölkənin Türkiyənin həyati milli təhlükəsizlik maraqlarına çəkingən münasibət bəslədiyini bildirib. O, İsveç və Finlandiyanın terrorla mübarizə başda olmaqla fundamental məsələlərdə ölkəsi ilə həmrəy olacaqlarını açıq şəkildə göstərmədikcə, Türkiyənin bu ölkələrin NATO-ya üzvlüyünə müsbət yanaşmayacağını deyib.

NATO-nun Baş katibi öz növbəsində Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı narahatlığının həll edilməli olduğunu vurğulayıb.

Oxunma sayı 42