Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

22:41 12.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

Hafta.az türk mediasına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Türkiyənin şərqindəki Van şəhərində gənclərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, danışıqların mövzusu Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhlizin yaradılması layihəsinin həyata keçirilməsi olacaq.

“Gələn həftə biz Putin və Zelenski ilə danışıqlar apararaq, “taxıl dəhlizi” məsələsində hansı addımları atacağımızı müzakirə edəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.