Erməni deputatın qabırğasını SINDIRDILAR

16:19 31.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İrəvanda nümayişçilərlə polis arasında baş verən toqquşmadan sonra ölkə parlamentinin müxalif Ermənistan fraksiyasından olan deputatı Artur Qazinyan xəstəxanaya yerləşdirilib. Hafta.az xəbər verir ki, bu barədə “İnterfaks” Ermənistanın “Joqovurd” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, həkimlər Kazinyanın qabırğasının sındığını bildiriblər. Bazar ertəsi Ermənistan paytaxtında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya davam edib. Hökumət binası yaxınlığında polislə etirazçılar arasında toqquşma baş verib, 3 hüquq-mühafizə əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. 111 nəfər saxlanılıb. Şəhər polisinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxslər xuliqanlıqda şübhəli bilinirlər.

Xatırladaq ki, İrəvanda kütləvi etiraz aksiyaları bir aydan çoxdur davam edir. Etirazçılar, onların fikrincə, Azərbaycana yeni ərazi güzəştləri etmək niyyətində olan Paşinyanın siyasətindən narazıdırlar.