Azərbaycanın Laçından yan keçməklə Xankəndinə yeni yol çəkməsi Ermənistanda bəzi revanşist qüvvələrin yuxusunu qarışdırıb. Artıq yeni yolun çəkilişi demək olar ki, yekunlaşmaq üzrədir.
Hafta.az bildirir ki, bunu əsas tutan separatçı qüvvələr indidən yolun istifadəyə verilməsinə qarşı təbliğat aparmağa başlayıblar.
“Biz Laçın bölgəsini, o cümlədən bir neçə başqa kəndi də tamamilə itirəcəyik. Azərbaycan alternativ yol tikir, görünür, bu barədə Nikolla Əliyev razılaşıblar, bununla bağlı biz bugünkü Laçın yolunu itirəcəyik".
Bu barədə iyunun 10-da Fransa meydanında keçirilən mətbuat konfransında Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, Daşnaksütyun nümayəndəsi İşxan Saqatelyan bildirib.
“Ən əsası isə bütün kommunikasiyalarımız, yəni qaz və işıq düşmənin nəzarətinə keçəcək. Bu o deməkdir ki, biz tamamilə asılı olacağıq. Bu, növbəti sui-qəsd proqramıdır”, - Saqatelyan bildirib.