Ermənilər 30 mülki şəxsi qətlə yetirdi, 143 nəfəri yaralandı - Rəsmi

19:14 07.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 30 mülki şəxsi qətlə yetiririlib, 143 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427-dir.