Ermənistan ordusu Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub, 3-ü yaralanıb

14:14 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlak olub. 3 nəfər isə yaralanıb: “Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə dəfn zamanı baş verib.

Erməni silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığını artilleriya atəşinə tutublar.

Həlak olanların və yaralananların kimliyi dəqiqləşdirilir.