Erməni tərəfi Ermənistan-Türkiyə sərhədi ərazisində minalardan təmizləmə işləri aparmır.
Hafta.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindən "Azadlıq” radiosunun erməni redaksiyasına("Azatutyun") çatdırılmış məlumatda belə deyilir.
Xatırladılır ki, dünən - iyulun 13-də Türkiyənin bəzi KİV-i Qars bölgəsində Ermənistan-Türkiyə sərhədinə bitişik ərazilərin minalardan təmizlənməyə başlandığını yazıb.
“GazeteKars” qəzeti yazır ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində əməli addımdır.
“İyulun 1-də Vyanada keçirilən Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşündən sonra tərəflər üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması, habelə iki ölkə arasında yüklərin birbaşa hava daşınmasına icazə verilməsi barədə razılığa gəldiklərini bəyan ediblər.
Rəsmi İrəvan bu razılaşmaların ən qısa zamanda həyata keçirilməsini gözlədiyini bildirir.
Hələlik isə bizneslə məşğul olan insanlar Ermənistana Türkiyə ilə hava yüklərinin daşınması imkanını nəyin verəcəyini müzakirə edirlər” -xəbərdə belə deyilir.
Sultan Laçın