Yazını böyüt
Yazını kiçilt
Bazar ertəsi, iyunun 13-nə keçən gecə naməlum şəxslər Artik şəhərinin (Ermənistanın Şirak rayonunda yerləşən şəhəri) Veteranlar Evinə daxil olaraq əmlaklarına ziyan vurub, həmçinin aprel və ikinci Qarabağ müharibələri iştirakçılarının fotoşəkillərini yandırıblar.
Hafta.az bildirir ki, bu barədə “Armenia Today”-ə erməni siyasətçi Karapet Poqosyan məlumat verib.
“Əgər yaxın bir-iki gündə dövlət strukturları bu vandalları aşkar edib cəzalandırmasa, linç etmək məcburiyyətində qalacağıq. Gözlənilməz nəticələrə görə bütün məsuliyyət hakim siyasi qüvvənin üzərinə düşəcək, çünki Ermənistana küfrün səbəbkarı məhz o olub”, Poqosyan bildirib.